“Kişi həkim baxmasın” deyərək ərini çağırdı - Qəzəbli ər isə... (FOTO)

11:48 - 01 Dekabr 2022

“Kişi həkim baxmasın” deyərək ərini çağırdı - Qəzəbli ər isə... (FOTO)

Türkiyənin İzmir şəhərində Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Mücahit Furkan Balcı müayinə etdiyi qadının əri tərəfindən döyülüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həkim müayinə üçün qəbul etdiyi qadının şikayətini dinləyib. Bu vaxt qadın ərinin də içəri girməsini xahiş etsə də, həkim razı olmayıb.

Bu səbəbdən qadın “kişi həkimin müayinəsindən keçmək istəmirəm” -deyərək çölə çıxıb. Bir müddət sonra qadın və həyat yoldaşı həkimin yanına qayıdaraq qapının qarşısında mübahisə etməyə başlayıb. Mübahisə zamanı qadının əri yumruq ataraq həkimin burnunu sındırıb. Həkim qadının ərini şikayət edib və o, hadisə yerində saxlanılıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az