Keçən il tənqid hədəfi olan AstraZeneca peyvəndi bu il yenidən peyvənddən istifadə edən ölkələrdə müzakirə mövzusuna çevrilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın Nyu-York şəhərində yaşayan 46 yaşlı qadın AstraZeneca peyvəndi vurdurduqdan sonra müəyyən qəribəliklər hiss etsə də, bunun peyvəndin əks təsirləri olduğunu düşünərək çox ciddi qəbul etməyib.
Baş gicəllənməsi, bel ağrısı, ayaq barmaqlarında və dilində uyuşma kimi reaksiyalar yaşayan qadın bir gün evdə olarkən qəfildən huşunu itirib.
Təcili xəstəxanaya yerləşdirilən qadın süni nəfəs aparatına qoşulub və həkimlər onun komada olduğunu bildiriblər. O, 4 gün komada qalıb.
Həkimlər vəziyyətin səbəbini öyrənmək üçün bir sıra testlər apardıqdan sonra qadının "Guillain-Barre sindromu" kimi tanınan olduqca nadir və ciddi bir xəstəliyə tutulduğunu aşkar ediblər.
Guillain-Barre Sindromu sinir sistemində yaranan, əzələ zəifliyi, reflekslərin itməsi, uyuşma ilə nəticələnən və müvəqqəti iflicə səbəb ola bilir.
Müəyyən bir müalicəsi olmayan və yalnız azaldılması mümkün olan xəstəlik yüz mində 1-2 nəfərdə rast gəlinən nadir xəstəlikdir.