Twitter-in yeni sahibi Elon Mask, Apple-ın baş direktoru (CEO) Tim Cook ilə danışdığını və Twitter proqramının App Store-dan silinməsi ilə bağlı anlaşılmazlığa son qoyduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask, "Tim mənə Apple'ın bunu heç vaxt planlaşdırmadığını söylədi" - deyib .
Apple hələlik məsələ ilə bağlı açıqlama verməyib.