Britaniya Xarici İşlər Nazirliyindən açıqlama verilib ki, rusiyalı 22 məmura qarşı sanksiyalar tətbiq olunacaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniya Rusiya baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov da daxil olmaqla, Rusiya vətəndaşlarının Ukraynada döyüşməyə çağırılmasını təşviq edən və məcbur edən məmurlara qarşı yeni sanksiyalar paketi elan edib.