"Qarabağ Azərbaycanın bir hissəsidir" - Lavrov

16:00 - 01 Dekabr 2022

\"Qarabağ Azərbaycanın bir hissəsidir\" - Lavrov

Praqada keçirilən dördtərəfli görüşdə Ermənistan tərəfinin Alma-Ata bəyannaməsini qeyd-şərtsiz təsdiqləməsi Qarabağın statusu məsələsini qeyd şərtsiz həll edir.

 

Manset.az Bakupost.az-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransda deyib.

“Almatı bəyannaməsində deyilir ki, bütün ittifaq respublikaları SSRİ respublikaları arasında mövcud olan sərhədlər daxilində sərhədlərin toxunulmazlığını təsdiq edir. Başqa sözlə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində idi. Bu, Azərbaycan, Ermənistan, Fransa və cənab Mişel tərəfindən heç bir qeyd-şərtsiz təsdiq edildi. Bu addım Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir” – Lavrov bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az