Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və NATO-nu Ukrayna müharibəsində birbaşa iştirakda ittiham edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lavrov bəyan edib ki, Rusiya ABŞ-la danışıqlardan heç vaxt kənara çıxmayıb, lakin amerikalı həmkarlarından heç bir “konkret fikir” eşitməyib.
Rusiya Xarici Kəşfiyyat Təşkilatının rəhbəri Sergey Narışkin ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns arasında keçirilən görüşün məxfi qalacağı gözlənildiyini açıqlayan Lavrov, məlumatların Börns və Narışkinin Türkiyəyə getməsindən sonra sızdığını bildirib.