“Çin lideri məni əmin etdi ki, Rusiyaya silah vermirlər” - Şarl Mişel

17:12 - 01 Dekabr 2022

“Çin lideri məni əmin etdi ki, Rusiyaya silah vermirlər” - Şarl Mişel

 Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Si Cinpinlə görüşü zamanı Moskvanı BMT Nizamnaməsinin qanunlarına əməl etməyə məcbur etmək üçün Çini bu ölkəyə qarşı öz təsir imkanlarını işə salmağa çağırıb.

Manset.az xəbər verir ki, Ş.Mişel bu barədə Pekində mətbuat konfransı zamanı bildirib.

Avropa Şurasının rəhbəri Çinin qlobal oyunçu, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğunu vurğulayıb.

Şarl Mişel həmçinin bəyan edib ki, Si Cinpin danışıqlar zamanı onu əmin edib ki, Çin Rusiyaya silah vermir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az