Müharibəyə görə ölkəni tərk edən ukraynalıların sayı AÇIQLANDI

20:25 - 01 Dekabr 2022

Müharibəyə görə ölkəni tərk edən ukraynalıların sayı AÇIQLANDI

Ukrayna parlamentinin insan haqları üzrə komissarı Dmitri Lubinets Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkəni tərk edənlərlə bağlı açıqlama verib.

 

Manset.az xəbər verir ki, Dmitri Lubinets müharibənin başladığı 24 fevraldan bəri 14,5 milyondan çox ukraynalının ölkəni tərk etdiyini açıqlayıb.

Fevralın 24-dən sonra 14,5 milyondan çox ukraynalı ölkəni tərk edib və onlardan ən azı 11,7 milyonu Aİ ölkələrinə gedib. Avropada 7,7 milyon insan müvəqqəti mühafizə xidmətlərinin alıcısı kimi qeydiyyatdadır”, - o qeyd edib.

Lubinets, davam edən müharibə səbəbindən 4,7 milyon ukraynalının məcburi köçkünə çevrildiyini də vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az