Avtomobil partladı: 3 yaşlı uşaq öldü (FOTOLAR)

20:48 - 01 Dekabr 2022

Avtomobil partladı: 3 yaşlı uşaq öldü (FOTOLAR)

Rusiyada avtomobilin partlaması nəticəsində uşaq ölüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayışdan sonra bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayətinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada deyilir: "Dekabrın 1-də Volqoqrad şəhərinin Sovetski rayonunda park edilmiş 4 avtomobilin yanması ilə bağlı polisə məlumat daxil olub. Yanğın zamanı 2 avtomobil tamamilə yanıb, 2 avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinin araşdırılması zamanı , avtomobildə 3 yaşlı uşağın meyiti tapılıb. 52 yaşlı ev sahibi xəstəxanaya çatdırılıb. Avtomobildən 2 ədəd asetilen balonu (oksigen balonu) aşkarlanıb". 

Rusiya Daxili İşlər Nazirliyi hadisə yeri araşdırma qruplarının avtomobillərdə araşdırmalarını davam etdirdiyini açıqlayıb.

Bundan əlavə, partlayışın oksigen balonlarında qaz sızması nəticəsində baş vermə ehtimalı müzakirə edilir.

Xəstəxanaya çatdırılan avtomobil sürücüsünün vəziyyətinin ağır olduğu öyrənilib. 

Rusya da patlayan otomobildeki çocuk hayatını kaybetti #1

Rusya da patlayan otomobildeki çocuk hayatını kaybetti #2

Rusya da patlayan otomobildeki çocuk hayatını kaybetti #3


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az