Gil karxanası çökdü: 6 nəfər öldü

22:05 - 02 Dekabr 2022

Gil karxanası çökdü: 6 nəfər öldü

Hindistanın Çhattisqarh əyalətində gil karxanasının çökməsi nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çhattisqarhın Bastar rayonunun Malqaon kəndində ağ gil karxanası çöküb.

Kəndlilərin xəbəri ilə gələn qruplar ocaqda axtarış-xilasetmə işlərinə başlayıb. Komandaların işi nəticəsində karxanada 5 nəfərin meyiti tapılıb. Xəsarət alan 4 nəfərdən biri aparıldığı xəstəxanada dünyasını dəyişib. Hadisə zamanı ölən 6 nəfərdən 5-nin qadın olduğu bildirilib.

Polis rəsmiləri bildiriblər ki, kənd sakinləri torpaq qazarkən karxana çöküb. Yerli hakimiyyət orqanları həyatını itirənlərin ailələrinə təzminat ödəniləcəyini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az