Hindistanın Çhattisqarh əyalətində gil karxanasının çökməsi nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çhattisqarhın Bastar rayonunun Malqaon kəndində ağ gil karxanası çöküb.
Kəndlilərin xəbəri ilə gələn qruplar ocaqda axtarış-xilasetmə işlərinə başlayıb. Komandaların işi nəticəsində karxanada 5 nəfərin meyiti tapılıb. Xəsarət alan 4 nəfərdən biri aparıldığı xəstəxanada dünyasını dəyişib. Hadisə zamanı ölən 6 nəfərdən 5-nin qadın olduğu bildirilib.
Polis rəsmiləri bildiriblər ki, kənd sakinləri torpaq qazarkən karxana çöküb. Yerli hakimiyyət orqanları həyatını itirənlərin ailələrinə təzminat ödəniləcəyini açıqlayıb.