Litva Ukraynaya təmir edilmiş daha 2 “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusunu təhvil verib.
Manset.az axar.az-a istinadən xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas deyib.
O bildirib ki, artilleriya qurğuları ilə birlikdə sursatlar da Ukraynaya təhvil verilib.