Avropa Komissiyası Avropa İttifaqı ölkələri daxilində uçuşlarda təyyarə rejimi tətbiqini dayandırmaq üçün qərar qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa Komissiyası hava yollarının təyyarələrdə 5G texnologiyasından istifadə edə bilməsinə qərar verib. Artıq sərnişinlərin telefonlarını təyyarə rejiminə keçirmələri lazım olmayacaq.
Komissiya, qərarın 30 iyun 2023-cü ildən qüvvəyə minəcəyini bildirib.