İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri tənqid hədəfinə çevrilən “əxlaq polisi” bölməsinin bağlandığını açıqlayıb. Lakin İranın dövlət mediası bu ittihamları təkzib edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dövlət mediası daxili işlər nazirliyinin əxlaq polisinə nəzarət etdiyini bildirib.
İran Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr bölməsinə əxlaq polisinin ləğv edilib-edilməməsi ilə bağlı sual verilib. Bölmədən verilən açıqlamada belə bir qərarın onlara çatdırılmadığı bəyan edilib.
Polis İdarəsi hələlik məsələ ilə bağlı açıqlama verməyib.