Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkəsinin NATO-ya üzvlük prosesində əldə olunan məqamı dəyərləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Haavisto, Macarıstanın fevralın əvvəlində NATO üzvlüyünü təsdiqləyəcəyini açıqladığını və Türkiyənin təsdiqi də daxil olmaqla, "hər şeyin yazda həll olunacağına çox ümid etdiyini" - söyləyib.