Rusiya prezidenti
Rusiya Prezidenti Vladimir Putin qeyri-ənənəvi əlaqə, pedofiliya və cinsiyyət dəyişikliyinə səbəb ola biləcək informasiya təbliğatını qadağan edən qərar qəbul edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Putinin təsdiq etdiyi qanunla ölkədə LGBT təbliğatı qadağan edildi.
Buna görə də kütləvi informasiya vasitələri, internet, reklamlar, ədəbi əsərlər və kino vasitəsilə qeyri-ənənəvi cinsi əlaqə və pedofiliyanın yayılması qanunsuz sayıla bilər.
Həmin mediada gənclər arasında cinsiyyətin dəyişdirilməsi çağırışları da qadağaya daxil edilib.
Uşaqların LGBT ilə bağlı məlumatları dinləmək və izləmək imkanlarını məhdudlaşdıran mexanizmin həyata keçirilməsini də nəzərdə tutan qanun hökumətin səlahiyyət verdiyi təşkilata nəzarət etmək imkanı verəcək.