Robot ilk dəfə xərçəng əməliyyatı apardı: Nəticə möhtəşəm oldu-FOTOLAR

20:30 - 05 Dekabr 2022

Robot ilk dəfə xərçəng əməliyyatı apardı: Nəticə möhtəşəm oldu-FOTOLAR

İngiltərənin Qlosterşir Kral Hospitalında robotun iştirakı ilə unikal əməliyyat həyata keçirilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Versius” 61 yaşlı kişinin boğazından altı santimetrlik xərçəng şişini çıxarıb, bununla da onun həyatını xilas edib.

Robotun keçirdiyi əməliyyat ənənəvi müdaxilədən daha kiçik kəsiklərdən istifadə edən minimal invaziv cərrahiyyə forması olub. Belə əməliyyatlar fəsadların, çapıqların və əməliyyatdan sonrakı ağrıların sayını azaldır.

Məlumata görə, “Versius”dan istifadə əməliyyatların vaxtını azaltmağa imkan verir.

Bildirilir ki, robot keçən il quraşdırılıb. Qlosterşir Kral Hospitalı ölkədə ondan istifadə edən ilk xəstəxana olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az