Ölümə məhkum edilənlərin bəziləri tezliklə edam olunacaq - İran

10:21 - 06 Dekabr 2022

Ölümə məhkum edilənlərin bəziləri tezliklə edam olunacaq - İran

İranda edam cəzasına məhkum edilən 6 nəfərdən bəzilərinin Ali Məhkəmə tərəfindən təsdiqləndiyi və tezliklə edam ediləcəyi bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ədliyyə Başçısı Qulam Hüseyn Muhsini Ejei bildirib ki, etirazlarla əlaqədar həbs olunan bəzi etirazçıların məhkəmə prosesi qısa müddətdə yekunlaşıb.

Ejei bu çərçivədə nümayişlər zamanı “terror, qətl, ictimai asayişi pozmaq” kimi ittihamlarla mühakimə olunanların edam və ya uzun müddətli həbs cəzasına məhkum edildiyini xatırladıb.

O, "Dövlətə qarşı çıxan və müharibə aparan, odlu və soyuq silahlarla adam öldürən, etimadsızlıq yaradan bəzilərinin cəzaları da təsdiqləndi və tezliklə icra olunacaq" – deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az