Yunanıstanın Argiroupoli rayonunda bank şöbəsini əl qumbarası ilə hədələyərək soyan 53 yaşlı şəxsin polkovnik olduğu müəyyən edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polkovnikin hərbi məhkəmədə mühakimə olunması planlaşdırılır.
Polkovnikin qumar oynadığı üçün sələmçilərə olan borclarını ödəməyə görə bu üsula əl atdığı iddia edilib.