Zelenski qaynar münaqişələrin getdiyi Donetsk cəbhəsində - FOTOLAR

16:37 - 06 Dekabr 2022

Zelenski qaynar münaqişələrin getdiyi Donetsk cəbhəsində - FOTOLAR

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə ən şiddətli toqquşmaların baş verdiyi Donetsk cəbhəsində əsgərlərlə görüşdüyünü açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Slavyansk şəhərində əsgərlərlə görüşən Zelenski bu günün Ukrayna Silahlı Qüvvələri günü olduğunu xatırladaraq, “Ənənəvi olaraq bu gün cəbhə xəttində döyüşçülərimizlə görüşürəm” - deyib.

Zelenski Ukrayna əsgərlərinin 9 aydan çoxdur çətin şəraitdə Rusiya ordusuna qarşı vuruşduğunu və ordunun ölkənin bütün torpaqları azad olunana qədər döyüşəcəyini bildirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az