Türkiyənin Kayseri şəhərində bu gün yerli vaxtla 05:28-də zəlzələ baş verib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Kayseri şəhərinin Hacılar rayonunda baş verən zəlzələnin maqnitudası 4,8 olub.
Zəlzələ anı yerli marketlərin birində təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.