"Taliban" Pəncşirdə əsas məntəqələri tutduğunu bəyan etdi

19:45 - 31 Avqust 2021

\"Taliban\" Pəncşirdə əsas məntəqələri tutduğunu bəyan etdi

"Taliban" silahlıları Əfqanıstanın Pəncşir əyalətində 3 vacib bölgəni və yol keçidlərini ələ keçirib.

Manşet.az TASS-a istinadən xəbər verir ki, bu barədə özünü "Əfqanıstan İslam Əmirliyinin rəsmi hesabı" adlandıran "Talib Times" tviter hesabında məlumat verilib.

Məlumatda deyilir: "Üç vacib bölgə və Pəncşir keçidləri ələ keçirilib və tezliklə tam qələbəni elan edəcəyik".

Bundan əvvəl CNN telekanalı Pəncşirdə "Taliban" və müqavimət qüvvələri arasında qarşıdurmaların yaşandığını, yüzlərlə "talib"in yaralandığını və öldürüldüyünü bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az