Kanadanı şoka salan ayrılıq - Baş nazir açıqladı

10:07 - 03 Avqust 2023

Kanadanı şoka salan ayrılıq - Baş nazir açıqladı

Kanadanın baş naziri Castin Trüdo və həyat yoldaşı Sofi Qrequar Trüdo 18 illik evlilikdən sonra ayrıldıqlarını açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ikili İnstaqramda yayımladıqları açıqlamada çox çətin müzakirələrdən sonra bu qərarı verdiklərini bildirib.

Baş nazirlikdən verilən açıqlamada hər iki tərəfin qanuni ayrılma müqaviləsi imzalandığı qeyd olunub. Həmçinin, ailənin şəxsi həyatına hörmət edilməsi xahiş edilib:

“Onlar ailə olaraq qalırlar. Sofi və baş nazir bütün diqqətlərini uşaqlarını təhlükəsiz, sevgi dolu və əməkdaşlıq mühitində böyütməyə yönəldiblər. Ailə gələn həftədən tətildə birlikdə olacaq”.

2005-ci ildə evlənən cütlüyün 15 yaşlı Xavier, 14 yaşlı Ella-Qreys və 9 yaşlı Hadrien adlı üç övladı var.

Qeyd edək ki, Castin Trüdo vəzifədə olarkən həyat yoldaşından ayrılan ikinci baş nazirdi. Atası Pierre Trüdo 1979-cu ildə həyat yoldaşı Marqaretdən ayrılıb cütlük 1984-cü ildə rəsmən boşanmışdı.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az