Albaniyanın Baş naziri Edi Rama Albaniyanın Türkiyə və Yunanıstanla əlaqələri ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Manset.az KİV-ə istinadən xəbər verir ki, Edi Rama Prezident Ərdoğanla strateji ortaqlıq müqavilələri bağladıqlarını ifadə edib.
Albaniyanın Baş naziri prezident Ərdoğan haqqında bildirib ki, həqiqətən də mən onda Yunanıstana və Yunan xalqına qarşı pis hisslər bəsləyən bir insan görmədim.
“Yunanıstanı yerlə-yeksan etmək istəsəydi və ya Yunanıstanı məhv etmək niyyətində olsaydı, böhranı daha ağrılı bir şeyə çevirmək üçün qaçqınlardan istifadə edərək vəziyyətdən istifadə edə bilərdi, amma bunu etmədi".
Rama vurğulayıb ki, prezident Ərdoğan və Yunanıstanın baş naziri Kiryakos Mitsotakis, ya da Yunanıstan və Türkiyə arasında seçim etməli olduğumuzu düşünmürəm. İkisini də sevirik. Problem olmamalıdır.
Aygün
Manşet.az