Ev sahibi məşhur reperi ifşa etdi: 4 aylıq kirayə pulunu vermədən qaçdı

11:03 - 18 Sentyabr 2023

Ev sahibi məşhur reperi ifşa etdi: 4 aylıq kirayə pulunu vermədən qaçdı

Türkiyədə Uzi səhnə adı ilə tanınan məşhur reper Utku Cihan Yalçınkayanın qaldığı evin sahibi 4 aylıq kirayə haqqını ödəmədən qaçması ilə bağlı iddia irəli sürüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ev sahibi Uzinin qaldığı evin dağılmış vəziyyətini sosial media hesabında paylaşaraq üsyan edib.

Bildirib ki, 2022-ci ildə TR-nin ən çox dinlənilən sənətçisi Uzinin Bomonti Anthill'deki mənzilinin vəziyyəti. 4 aylıq kirayəsini ödəmədən qaçıb və çilingərlə içəri girə bildik. Əlaqədarımız olan şəxsin də yoxa çıxması içlər acısı. Bəlkə utanarlar!

Ev sahibinə cavab verən Uzi isə iddiaları qəbul etməyib. Reper sosial media hesabı X-də paylaşım edərək kirayə haqqının nizamsız artması səbəbindən evdən köçdüyünü və ödədiyi kirəyə pulu qəbzləri ilə məsələni məhkəmədə həll etməyə hazır olduğunu bildirib:

"Temiz burxdığım evi dağıtmaya çalışmısınız o da alınmayıb. Mənim müqaviləm var, evimə necə icazəsiz soxulursuz? “Onda qeyri-qanuni kirayə pulunun artırılmasına susmaq üçün verdiyim qəbzlərlə birlikdə bu görüntüləri də ədliyyə orqanlarına daşıyaq?”

Ev sahibi Uzinin açıklamasından sonra əvvəlcə öz paylaşımını silib, sonra da profil hesabını bağlayıb.

Qeyd edək ki, reper “Makina”, “Umurumda Değil”, “Le Cana”, “” ve “Paparazzi” kimi mahnıları ilə tanınıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az