Epic Games işçilərinin 16 faizini ixtisar edəcək

16:45 - 29 Sentyabr 2023

Epic Games işçilərinin 16 faizini ixtisar edəcək

ABŞ-da yerləşən video oyun istehsalçısı Epic Games-in işçilərinin təxminən 16 faizini işdən çıxaracağı bildirilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Epic Games-in baş direktoru Tim Svinin əməkdaşlarına göndərdiyi elektron məktub şirkətin internet saytında paylaşılıb.

Buna görə Svinin işçilərin təxminən yüzdə 16-nın işinə son veriləcəyini bildirib.

Svinin sirkətin keçən il aldığı onlayn musiqi platforması Bandcamp-ın musiqi lisenziya platforması Songtradr-a satılacağını bildirib. Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal təcrübələr yaratmaq üçün vasitələr təqdim edən SuperAwesome xidmətinin çoxunun da kənarda qalacağını qeyd edib.

Baş direktor bir müddət qazandıqları puldan çox daha çox xərclədiklərini vurğulayıb. İşdən çıxarılmadan bu prosesi keçə biləcəklərinə nikbin olduğunu, lakin bunun real olmadığını deyib.   

Aygün

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv