Real TV-də Hindistan-Pakistan arasında son gərginlik müzakirə edilib.
Manset.az xəbər verir ki, Milli Məclisin deputatı Azay Quliyev Hindistan və Pakistan arasında artan gərginliklə bağlı narahatlığını ifadə edib. O, bu gərginliyin nəzarətdən çıxaraq müharibəyə və hətta nüvə qarşıdurmasına çevrilmə riskinin ciddi narahatlıq doğurduğunu bildirib.
Deputat Hindistanın məsuliyyətli davranaraq aqressiv ritorikadan və heç bir sübuta əsaslanmadan Pakistanı ittiham etməkdən çəkinməli olduğunu vurğulayıb. Eyni zamanda, Hindistanın 1960-cı ildə Dünya Bankının vasitəçiliyi ilə Pakistanla imzaladığı Su Müqaviləsinin şərtlərinə əməl etməli və Kəşmirdə günahsız mülki əhaliyə qarşı törədilən zorakılıqlara son qoymalı olduğunu qeyd edib.
Azay Quliyev Azərbaycanın qardaş Pakistanın yanında olduğunu və onun beynəlxalq hüquqa əsaslanan legitim haqlarını tam şəkildə dəstəklədiyini bildirib.
Mövzu ilə bağlı sözügedən çıxışı təqdim edirik: