145 min dolları ölkədən çıxaran şirkətlə bağlı QƏRAR

11:19 - 02 May 2025

145 min dolları ölkədən çıxaran şirkətlə bağlı QƏRAR

145 min dollar vəsaiti ölkədən çıxararaq geri qaytarmamaqda təqsirləndirilən şirkət haqqında tərtib edilən inzibati xəta haqqında protokol Sumqayıt Məhkəməsi tərəfindən təsdiq edilib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki,  şirkət 145376.00 ABŞ dolları məbləğində vəsaiti 2023-cü ildə xaricə köçürüb və 2 il müddət keçsə də, vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməyib, eyni zamanda valyuta vəsaitini geri qaytarılmayıb. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilib.

Hadisə 2025-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında, yəni Sumqayıt şəhəri, Avtovağzal ərazisi, Sülh plazada baş verib.

Məhkəmənin qərarı ilə Şirkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 145376.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 29075.20 ABŞ dolları məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv