BMT Təhlükəsizlik Şurasında “Qəzza” qanun layihəsi dördüncü dəfə təxirə salındı

10:27 - 22 Dekabr 2023

BMT Təhlükəsizlik Şurasında “Qəzza” qanun layihəsi dördüncü dəfə təxirə salındı

BMT Təhlükəsizlik Şurasında Qəzzaya humanitar yardımla bağlı qətnamə layihəsinin səsverməsi dördüncü dəfə təxirə salınıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qətnamə layihəsi üzrə səsvermə sabaha təxirə salınıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild BMT TŞ üzvlərinin qapalı iclasından sonra verdiyi açıqlamada, Birləşmiş Ərəb Əmirliklərinin Qəzza ilə bağlı son bir həftə ərzində təqdim etdiyi qətnamə layihəsi üzərində intensiv işlədiklərini bildirib.

Qrinfild qətnamənin qəbul ediləcəyi təqdirdə ehtiyacı olanlara humanitar yardım göstərəcəyini, tələb etdikləri dəyişikliklərlə birlikdə təqdim ediləcəyi təqdirdə qətnamə layihəsini dəstəkləyəcəklərini qeyd edib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az