Kanada, Qəzzada ailə yaxınları olan vətəndaşları Kanadaya gətirmək üçün müvəqqəti viza müraciətinə başlayacağını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Kanadanın immiqrasiya naziri Mark Miller jurnalistlərə açıqlama verib.
Qəzzadakı vəziyyəti "yaşanmaz” olaraq xarakterizə edən Miller, müvəqqəti viza proqramını 9 yanvar 2024-cü ildə həyata keçirməyi planlaşdırdıqlarını bildirib.
Miller, Kanadalıların Qəzzadakı ailə qohumlarına lazımi kriteriyalara cavab verdikləri təqdirdə 3 il müddətinə viza veriləcəyini açıqlayıb.
Əfsanə
Manşet.az