Xankəndi yaxınlığında sentyabrda baş verən partlayışın təfərrüatı açıqlandı

17:37 - 22 Dekabr 2023

Xankəndi yaxınlığında sentyabrda baş verən partlayışın təfərrüatı açıqlandı

Ermənistan İstintaq Komitəsinin son məlumatlarına görə, Xankəndi yaxınlığındakı neft məhsulları bazasında baş vermiş partlayış nəticəsində 218 vətəndaş həlak olub, 120 nəfər yaralanıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Qeyd edilib ki, partlayış 42 min litr benzinin olduğu qapalı ərazidə baş verib. Partlayışın bilavasitə səbəbini müəyyən etmək üçün araşdırmalar davam edir.

Ölən üç nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib. Onların qohumları məhkəmə-genetik ekspertiza üçün nümunələr təqdim etməyiblər. Belə ekspertizanın nəticələrinə əsasən, 138, digər istintaq hərəkətləri nəticəsində 77 nəfərin şəxsiyyəti müəyyən edilib.
Partlayış zamanı ərazidə minə yaxın insanın olduğu bildirilib.

Xatırladaq ki, Xankəndi yaxınlığındakı neft məhsulları bazasında partlayış 2023-cü il sentyabrın 25-də baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az