ABŞ-ın Florida ştatında baş verən qan donduran hadisə ölkə mətbuatında geniş əks-səda doğurub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Panama şəhərində yaşayan 60 yaşlı Qari Conson şənbə günü ortaya çıxan dəhşətli hadisə ilə əlaqədar insan qalıqlarının düzgün saxlanmaması ilə bağlı ittiham irəli sürülüb.
Beləki, Qari Conson ölmüş arvadının cansız bədənini günlərlə evində saxlayıb. Dəhşətlisi budur ki, kişi qadının meyitini evdəki itlərinə yedizdirib.
Hadisədən xəbər tutan Consonun övladları polisə məlumat veriblər. Hadisə yerinə gələn polislər evin içərisində qadının arxası üstə uzanmış və qan içində meyitini aşkar ediblər. İtlər tərəfindən parçalanmış qadın dəfn edilib və kişi həbs edilib.
Əfsanə
Manşet.az