Bodrum sahillərində 48 qanunsuz miqrant xilas edilib

18:13 - 22 Dekabr 2023

Bodrum sahillərində 48 qanunsuz miqrant xilas edilib

Türkiyənin Muğla şəhərində qanunsuz miqrantlar saxlanılıb.

 

Manset.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Muğlanın Bodrum bölgəsinin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Əraziyə dərhal Sahil Mühafizəsi Komandanlığın əməkdaşları göndərilib.

Komandalar Yunanıstanın Türkiyə ərazi sularına çıxarılan qayıqda olan 48 qeyri-qanuni immiqrantı xilas edib.

Bodrum sahillərində müxtəlif vaxtlarda Sahil Təhlükəsizlik gəmisi tərəfindən təsbit edilərək dayandırılan rezin qayıqda olan 19 qeyri-qanuni mühacir də yaxalanıb.

Prosedurlardan sonra immiqrantlar İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az