Həkimin bu hərəkəti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ: əməliyyat zamanı... - FOTO

19:03 - 22 Dekabr 2023

Həkimin bu hərəkəti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ: əməliyyat zamanı... - FOTO

Çində həkim 82 yaşlı xəstəni göz əməliyyatı zamanı yumruqlayıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin görüntüləri dərc edildikdən sonra araşdırmalara başlanılıb.

2019-cu ildə Çinin Quiqanq şəhərindəki göz xəstəxanasında həkimin əməliyyat zamanı xəstəni yumruqladığı məlum olub. Əməliyyat otağının təhlükəsizlik kamerasına düşən görüntülərdə həkimin 82 yaşlı qadın xəstənin üzünə 3 yumruqla vurduğu, həkimin onu vurmasından sonra xəstənin yerindən tərpəndiyi zaman tibb bacısının müdaxilə etdiyi görülüb.

Xəstəxananın çətir təşkilatı olan AIER Eye Hospital Group, hadisənin baş verdiyi anda mərkəzə məlumat verilmədiyini, lakin görüntülər ortaya çıxdıqdan sonra həkimin vəzifəsindən uzaqlaşdırıldığını və xəstəxana müdirinin işdən çıxarıldığını açıqladı. Açıqlamada lokal anesteziya ilə əməliyyat olunarkən dəfələrlə başını və gözlərini tərpətdirən xəstəyə həkimin başqa dildə danışdığını əsas gətirərək “kobud güc”lə müdaxilə etdiyi deyilir.

Xəstəxana rəhbərliyinin əməliyyatdan sonra üzr istədiyini və 500 yuan (təxminən 2 min 100 lirə) təzminat ödədiyini bildirən qadının oğlu yerli mətbuata açıqlamasında anasının sol gözünün kor olduğunu, lakin bunun səbəbinin məlum olmadığını bildirib.

Görüntülər dərc edildikdən sonra səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az