Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi İraqın şimalında şəhid olub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 3-ü zabitdir.
Şəhid olan Ramazan Günay, Mehmet Serinkan, İsmail Yazıcı zabit, Yasin Karaca, Şağatay Erenoğlu və Emre Taşkın isə sıravi hərbi qulluqçulardır.