“Apple” öz süni intellektini qəzet məqalələri üzərində öyrətməyi planlaşdırır

19:28 - 23 Dekabr 2023

“Apple” öz süni intellektini qəzet məqalələri üzərində öyrətməyi planlaşdırır

Amerikanın texnologiya şirkəti “Apple” süni intellekt sistemlərini öyrətməsi ilə bağlı nəşrlərin arxivindən istifadə etmək üçün əsas xəbər mediası və nəşriyyatları ilə danışıqlara başlayıb.

 

Mnaset.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı “The New York Times”a istinadən məlumat yayıb.

Texnologiya nəhəngi xəbər məqalələrinin arxivlərini lisenziyalaşdırmaq üçün azı 50 milyon dollar dəyərində çoxillik müqavilələr bağlayıb. Şirkətin tərəfdaşları arasında həftəlik “The New Yorker”, “NBC News”, “The Daily Beast” nəşri və başqaları kimi böyük informasiya platformaları var.

Mənbələr bəzi nəşriyyat rəhbərlərinin “Apple”ın təklifinə soyuqqanlı olduqlarını bildiriblər. Menecerlər “Apple”ın şirkətə məxsus lisenziyalı məzmundan istifadə etməsi nəticəsində üzləşə biləcəkləri hüquqi məsuliyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az