"Belqradda müxalifətin etirazları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət yalnız seçkilər vasitəsilə dəyişir".
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandar Vuçiç bildirib.
Prezidentin çıxışından sonra “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları seçki komissiyası qarşısında nümayişə başlayıblar.
Onlar özləri ilə Serbiya və Avropa İttifaqının bayraqlarını gətirib, hökumət əleyhinə şüarlar səsləndirib, administrasiyanın binasına daş atıb və ora basqın etməyə cəhd ediblər. Aksiyalar zamanı iki polis əməkdaşı yaralanıb.
Müxalifət tərəfdarları hakim partiyanın rəhbərlik etdiyi koalisiyanın şəhər məclisi seçkilərində qalib gəlməsinə etiraz edib.
Протестующие в Белграде пытаются проникнуть в здание городской администрации. Об этом сообщает наш корреспондент с места событий:https://t.co/NbAPJcRip7
— ТАСС (@tass_agency) December 24, 2023
Видео: Александр Дзюба/ТАСС pic.twitter.com/WpDqqHcaLi