İlk xarici səfərini ABŞ-a edən Argentinanın yeni prezidenti Xavyer Milei HƏMAS-ı “terror təşkilatı” elan etməyə hazırlaşır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Xavyer Milei sosial media X (Twitter) səhifəsində bir istifadəçinin “Argentinalı yəhudilərin Milad arzusu HƏMAS-ı terror təşkilatı siyahısına salmaqdır” mesajına müsbət cavab verib.
Milei “Biz bunun üzərində işləyirik” deyib.
Dekabrın 10-da Argentina prezidenti vəzifəsinə başlayan Milei dəfələrlə ABŞ və İsraili ölkəsi üçün əsas müttəfiqlər kimi gördüyünü bəyan edib.
Əfsanə
Manşet.az