Toxluq hissi yaradan ağıllı həb istehsal edildi

12:13 - 25 Dekabr 2023

Toxluq hissi yaradan ağıllı həb istehsal edildi

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları toxluq hissi yaradaraq arıqlamağa kömək edən ağıllı həb istehsal ediblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həb vibrasiya yaradaraq işləyir və hər yeməkdən 20 dəqiqə əvvəl həb verilən donuzların 40 faiz az yemək yediyi müəyyən edilib.

Jelatinli təbəqə ilə örtülmüş kapsul formalı həb mədədə turşu tərəfindən parçalanaraq aktivləşir. Yeməkdən sonra mədə divarında əmələ gələn reseptorları işə salır. 30 dəqiqə titrəyir.

Beyin mədənin şişməsi və dolması barədə siqnal alır. Bu həb insanlar üzərində hələ sınaqdan keçirilməyib. Ancaq arıqlamaq və iştahını idarə etmək istəyənlər üçün təsirli bir yol olacağı gözlənilir. Həb nəcislə xaric edilməzdən əvvəl 4-5 gün ərzində bağırsaqlarda dövr edir. Həbin ürəkbulanma, qusma kimi yan təsirlərinin olmadığı bildirilir. Hal-hazırda dünyada toxluq hiss etdirməyin ən təsirli üsulunun arıqlama iynələri olduğu məlumdur. Ancaq bu inyeksiyaların yan təsirləri var. İynələr sığortasız ayda 800 dollara başa gəlir.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az