İsrail əsgərləri Qəzzada 5 girovun meyitini tapdılar

13:46 - 25 Dekabr 2023

İsrail əsgərləri Qəzzada 5 girovun meyitini tapdılar

İsrail hərbçiləri oktyabrın 7-də İsrailə hücum zamanı oğurlanmış beş girovun meyitini tapıblar.

 

Manset.az xəbər verir ki, İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

Meyitlər Qəzza zolağının şimalındakı Cəbaliya düşərgəsinə nəzarəti ələ keçirmək üçün aparılan əməliyyat zamanı aşkar edilib.

Girovların ölüm şəraiti məhkəmə-tibbi ekspertizanın rəyindən sonra ictimaiyyətə açıqlanacaq.

O da bildirilir ki, HƏMAS üzvlərinin istifadə etdikləri çoxmərtəbəli tunellər şəbəkəsi də aşkar edilib, bütün infrastruktur İsrail hərbçiləri tərəfindən məhv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az