Pakistanın Pəncab əyalətinin Lahor şəhərində havanın çirklənməsini azaltmaq üçün süni yağış istehsal edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Geo News televiziyasında xəbər yayımlanıb.
Pəncabın baş naziri Muhsin Naqvi, bulud səpmə avadanlığı ilə təchiz edilmiş təyyarələrin Lahorun 10 rayonu üzərində uçduğunu bildirib.
Naqvi hava çirkliliyini azaltmaq üçün Lahorda süni yağış istehsal edildiyini, 10-12 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 2 təyyarə və mütəxəssisin bu məsələyə dəstək olmaq üçün Lahora gəldiyini qeyd edib.
Görülən işlərdən sonra Pakistan tarixində ilk dəfə olaraq şəhərin müxtəlif yerlərində istehsal edilən süni yağış yağıb.
Qeyd edək ki, Lahor tez-tez dünyanın ən çox hava çirkliliyinə malik ilk 10 şəhəri sırasındadır. Pəncabda noyabrın 19-da havanın çox çirkli olduğu ərazilərdə 1 həftə maska taxmaq məcburi edilib.
Əfsanə
Manşet.az