Britaniyalı nazirin “zarafatı” ölkədə çaşqınlıq yaratdı - Üzr istəməli oldu

15:27 - 25 Dekabr 2023

Britaniyalı nazirin “zarafatı” ölkədə çaşqınlıq yaratdı - Üzr istəməli oldu

Britaniyanın daxili işlər naziri Ceyms Kleverli bazar günü həyat yoldaşının içkisinə təcavüzü dərmanı olaraq da bilinən sakitləşdirici dərman qatması ilə bağlı zarafatından sonra üzr istəyib.

 

Manset.az-ın xarici mediaya istinadən məluumatına görə, bu barədə Sunday Mirror qəzeti xəbər yayımlayıb.

Beləki, Daxili İşlər Naziri Kleverli bu ay keçirilən qapalı bir tədbirdə qonaqlara uzun bir evliliyin sirri haqqında danışarkən bildirib ki, “arvadınızın içkisinə çox az sakitləşdirici dərman qoymaqla, onun kənarda daha yaxşı kişilərin olduğunu heç vaxt hiss etməyən biri olmasını təmin edə bilərsiniz” ifadəsini işlədib. Bu sözlər mətbuata qapalı tədbirdə səslənsə də, ictimaiyyəti narahat etdiyi bir xəbər olduğu üçün açıqlanıb.

Bildirək ki, Kleverlinin dediyi sakitləşdirici dərman, sui-istifadə edənlərin qadınlar üçün istifadə etdiyi, həmçinin "təcavüz dərmanları” kimi tanınan sakitləşdirici dərmandır.

Xəbərdən sonra qadın hüquqları üçün xeyriyyə təşkilatı olan Fawcett Society Kleverlini istefaya çağırıb. Ölkənin müxalif partiyaları isə Kleverlinin sözlərinə sərt reaksiya verib.

Bundan sonra Kleverlinin sözçüsü isə etdiyi açıqlamasında "Özəl görüş kimi təşkil olunan bu görüşdə daxili işlər naziri Ceyms Kleverli açıq-aşkar ironik bir zarafat etdi və buna görə üzr istəyir” deyib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az