Misirin İsrailə üç mərhələli atəşkəs razılaşması təklifinin bu gün İsrail tərəfindən müzakirə ediləcəyi öyrənilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə “The Times of Israel” qəzeti Səudiyyənin Əl-Şərq internet saytına istinadən xəbər verib.
Misirin İsrail və HƏMAS-a təklif etdiyi üç mərhələli atəşkəs razılaşmasına əsasən, İsrail Qəzzadan çəkilməli və bütün əsirlər azad ediləcək.
Bildirilib ki, Misirin Qahirədə keçirilən sammitdə İsrail və HƏMAS-a təqdim etdiyi təklifə əsasən, birinci mərhələdə 2 həftəlik atəşkəs nəzərdə tutulub və bu müddət 3 və ya 4 həftəyə qədər uzadıla bilər.
Bu mərhələdə Qadınlar, uşaqlar, qocalar və xəstələr də daxil olmaqla 40 israilli məhbusun azad edilməsi planlaşdırılıb. Bunun müqabilində İsrailin eyni kateqoriyadan olan 120 fələstinlini azad etməsi, sözügedən müddət ərzində “atəşkəs bərqərar etməsi” və “İsrail tanklarını Qəzzadan çəkərək bölgəyə humanitar yardım çatdırması” məqsədinin olduğu bildirilib.
Əfsanə
Manşet.az