Müge Anlıda qan donduran bir etiraf - Qurbanın qatili onun yaxın dostu çıxdı

17:40 - 25 Dekabr 2023

Müge Anlıda qan donduran bir etiraf - Qurbanın qatili onun yaxın dostu çıxdı

Türkiyədə Müge Anlının “Tatlı Sert” proqramında günlərlə axtarılan və dünən cansız cəsədi tapılan Mustafa Hakkulunun yaxın dostu İsa Dumlu tərəfindən öldürüldüyü ortaya çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsa Dumlu Hakkulunu canlı yayımda qətli etiraf edib və hadisədən danışıb.

Dumlu "Arvadıma pis sözlər dedi, mən də onu öldürüb körpüdən atdım" deyib.

Qeyd edək ki, Mustafa Hakkulunun avtomobili dekabrın 13-də Kozan rayonu Mansurlu yolunda tərk edilmiş vəziyyətdə tapılıb. Postkabasakal məhəlləsində dərənin kənarında cəsəd görən vətəndaşlar vəziyyəti jandarmaya xəbər verib. Bölgəyə gələn jandarma qrupları, apardıqları araşdırmada cəsədin 11 gündür xəbər alınmayan Hakkuluya aid olduğunu təyin edib. Hadisə yerində aparılan araşdırmaların ardından Hakkulunun cəsədi yoxlanış üçün Adana Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.

Hakkulunun boynundan silahla vurulduğu məlum olub.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az