Pakistana girən SEPAH üzvü öldürüldü

22:40 - 25 Dekabr 2023

Pakistana girən SEPAH üzvü öldürüldü

SEPAH-ın Sistan və Bəlucistanın Səravan bölgəsindəki yerli üzvləri Pakistan ərazisində pusquya düşüblər.

 

Manset.az  axar.az-a istinadən xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Silahlı şəxslərə qarşı əməliyyat keçirmək üçün Pakistan ərazisinə daxil olan SEPAH üzvü Əli Qumşadzehi Maşkid şəhəri yaxınlığında bəluc silahlı qrupu tərəfindən öldürülüb.

Bununla yanaşı, onlarla SEPAH üzvünün yaralandığı və bölgəni tərk etməyə məcbur edildikləri bildirilib.

Məlumatda SEPAH üzvlərinin 14 hərbi maşınla Pakistana daxil olduqları deyilir.

Qeyd edək ki, dekabrın 15-də Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis bölməsinə 14 məmurun ölümü ilə nəticələnən hücum edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az