Fransada minlərlə hotel rezervasiyası ləğv edildi

01:02 - 25 Yanvar 2024

Fransada minlərlə hotel rezervasiyası ləğv edildi

Paris-2024 Olimpiya Oyunlarının Təşkilat Komitəsi oyunların keçiriləcəyi şəhərlərdə mehmanxana rezervasiyalarını ləğv edib.

 

Manset.az  xəbər verir ki, Paris, Şatoru, Berri şəhərlərindən sonra Lill şəhərində də Paris-2024-ün Təşkilat Komitəsi tərəfindən hotellərdə minlərlə otağın rezervi ləğv olunub. Yerli mətbuatda yayılan məlumata görə, basketbol və həndbol tədbirlərinin bir hissəsinə ev sahibliyi etməli olan Şimal prefekturasında Paris 2024-ün təşkilatçıları tərəfindən gündəlik 2000 olmaqla on günlərlə davam edəcək rezerv ləğv edilib.

Hotel sahibləri oyunların başlamasına 6 ay qaldığını düşünərək otaqların yenidən rezerv ediləcəyinə ümidvar olduqlarını qeyd ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az