Yaponiyada 36 nəfərin ölümünə səbəb olan şəxs edam ediləcək

10:12 - 25 Yanvar 2024

Yaponiyada 36 nəfərin ölümünə səbəb olan şəxs edam ediləcək

Yaponiya məhkəməsi 45 yaşlı Sindzi Aobanı 2019-cu ildə “Kyoto Animation” studiyasını yandırmaqda təqsirli bilərək barəsində ölüm hökmü çıxarıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

O, sözügedən hadisəni törətməklə 36 nəfərin ölümünə səbəb olmuşdu. Bildirilir ki, məhkəmə yerli prokurorluğun Aoba barəsində tələbini təmin edib. Belə ki, yerli prokurorluq həmin şəxsə ən yüksək cəza verilməsini istəyirdi.

Xatırladaq ki, “Kyoto Animation” studiyasında yanğın 2019-cu il iyulun 18-i baş verib. Aoba benzinlə dolu iki ədəd 20 litrlik kanistrlə binaya daxil olub və yanğın törədib. Hadisə zamanı daha 33 nəfər xəsarət alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az