Qazaxıstanda daha 2 zəlzələ oldu

10:20 - 25 Yanvar 2024

Qazaxıstanda daha 2 zəlzələ oldu

Yanvarın 25-nə keçən gecə Qazaxıstanın Almatı vilayətində seysmoloqlar iki zəlzələ qeydə alıblar.

Hər iki zəlzələnin episentri Çində olub.

Manset.az Modern.az-a istinadən xəbər verir ki, Qazaxıstanın Almatı vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti belə xəbər verib.

“Yanvarın 25-də yerli vaxtla saat 2:35-də seysmik stansiyalar şəbəkəsi təbiət hadisəsini qeydə alıb.

Zəlzələnin episentri Çinin Almatı şəhərindən 258 kilometr cənub-şərqdə yerləşir", - məlumatda deyilir.

5,1 bal gücündə zəlzələnin on kilometr dərinlikdə baş verdiyi bildirilir. Almatı sakinləri 2 bal gücündə zəlzələ hiss ediblər.

5,9 bal gücündə daha bir zəlzələni şəhər əhalisi saat 1:21-də hiss edib. Bu dəfə yeraltı təkanların episentri Almatıdan 273 kilometr cənub-şərqdə, Çin ərazisində yerləşib. Almatı sakinləri 2 bal gücündə təkan hiss ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az