Ərbildən "Ondan atalıq görməmişəm" deyən qızına cavab gecikmədi

10:29 - 25 Yanvar 2024

Ərbildən \"Ondan atalıq görməmişəm\" deyən qızına cavab gecikmədi

Türkiyəli şoumen Mehmet Əli Ərbil, gənc sevgilisi Gülseren Ceylan ilə qısa müddətlik ayrılıqdan sonra yenidən ailə qurub ata olmaq istədiyini açıqlayıb.

 

Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, 3 uşaq atası Mehmet Əli Ərbil qızı Yasmin Ərbilin müsahibəsində dediyi "Ondan atalıq görməmişəm" sözlərinə cavab verib.

Ərbil, "Qızımın dediklərinə görə çox üzgünəm. Bu qədər ağır sağlamlıq problemimlə mübarizə apararkən bu sözlərə layiq olmadığımı düşünürəm" deyə qızından incik olduğunu deyib. O, atalıq borcunu yerinə yetirən biri olduğunu bildirərək qızını danlayıb.

Evlilik haqqında danışan Mehmet Əli Ərbil, "Yenidən ailə qurub uşaq sahibi olmaq istərdim. Uşaq yenidən həyata gəlmək kimidir. Mənim uşaqlarım da bunu istər. Bu, həyatımıza yeni bir enerji, yeni bir həyəcan qatacaq" deyə bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az