Uqandalı nazir aclıqdan ölən vətəndaşları təhqir etdi - “Aclıqdan ölən əsl axmaqdır”

09:54 - 26 Yanvar 2024

Uqandalı nazir aclıqdan ölən vətəndaşları təhqir etdi - “Aclıqdan ölən əsl axmaqdır”

Uqandanın dövlət naziri Henri Okello Oryem ölkəsinin kifayət qədər resurslara malik olduğunu deyərək aclıqdan ölən insanları “axmaq” adlandırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nazir Oryem bir televiziya kanalına verdiyi müsahibədə Uqandanın geniş ərazisi və iqlimi ilə kənd təsərrüfatı üçün əlverişli bir ölkə olduğunu qeyd edib.

Oryem açıqlamasında “Əgər çox çalışsan, Uqandada torpaq var. İqlim dəyişikliyinə baxmayaraq, iqlim olduqca uyğundur. Səhər tezdən yola çıxmaq, torpağı şumlamaq, toxum əkmək və məhsullarınızı yoxlamaq üçün iki dəfə səy göstərsəniz, qida əldə etməkdə necə problem yarana bilər? Uqandada aclıqdan ölən adam əsl axmaqdır" deyib.

Uqandalılar Oryemin istefasını tələb ediblər.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az